Dünyada ən iri təyyarə istehsalçısı Airbus
13 Yanvar 2010 Çərşənbə 10:45
“Airbus” şirkəti ötən il 498 təyyarə satıb.
İlin yekununa əsasən “Airbus” şirkəti dünyada ən iri təyyarə istehsalçısı olub. Fransa şirkəti ötən il 498 təyyarə satıb. Bu göstərici şirkətin rəqibi olan Amerika “Boeing”indən 20 təyyarə çoxdur.

“Airbus”ın vizit kartı sayılan “A-380” təyyarələrinin satışında isə ötən il durğunluq olub. İqtisadi böhran başlanandan həmin təyyarələrə olan tələbat kəskin azalıb. Buna görə də şirkət nəzərdə tutduğundan 2 dəfə daha az “A-380” təyyarəsi satıb.

Qeyd edək ki, 2010 cu ildə “Airbus” şirkəti ümumi satışda yüksəlişi saxlamaq və “A-380” tipli təyyarələrin satışını artırmaq uçün daha çox müqavilə bağlamağa hazırlaşır.

Bundan başqa, “Airbus”ın qarşısında duran ən başlıca məsələ isə xərcləri azaltmaqdır. Misal kimi şirkətin işçi qüvvəsi ucuz olduğundan Çində təyyarə quraşdırma sexi açmasını göstərmək olar. Buna baxmayaraq, “Airbus” şirkətinin rəhbərliyi hökümətin köməyi ilə əsas istehsalı Avropada saxlamaq fikrindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar