Dilmanc sistemi 109 məlumat xidmətinə inteqrasiya olunacaq
01 İyul 2011 Cümə 11:09
Dilmanc sistemi 109 məlumat xidmətinə inteqrasiya olunacaq. Layihə uğurla sınaqdan keçib.
“Dilmanc” sisteminin “109” informasiya bazasına inteqrasiyası planlaşdırılıb. “Dilmanc” layihəsinin rəhbəri Əbülfət Fətullayevin verdiyi məlumata görə, layihə uğurla sınaqdan keçsə də, məlumat sisteminin informasiya bazası ilə bağlı bir sıra məsələlər həll olunmayıb.

“109” xidmət bazasında olan müəssisə və təşkilatların bəzisinin adları qısaldılıb. Maşın tərəfindən bu adların oxunub tərcümə edilməsində problemlər var. “Dilmanc”ın keyfiyyətli səslənmə və ədəbi tələffüz funksional sistemləri nitqin 90 faiz dəqiqliklə tanınmasına imkan verir. Səhv nəticələr müxtəlif regionlarda əhalinin nitqindəki dialekt fərqləri, eləcə də loru sözlərlə əlaqədardır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar