Dell rəqabətini möhkəmləndirir
09 Dekabr 2009 Çərşənbə 18:10
Dell şirkəti öz strukturunda mobil qurğular işləyib hazırlayacaq
Dünyanın ən iri kompüter və server istehsalçılarından biri olan “Dell” şirkəti öz strukturunda mobil qurğuların işlənib hazırlanması ilə məşğul olacaq biznes-bölməsinin təsis olunması haqqında elan edib.
Şirkətin yeni fəaliyyət istiqamətinə “Dell”in istehlakçı məhsulu bölməsinin başçısı, əvvəllər «Motorola» şirkətinin menecerlərindən biri olan Ron Qarriks rəhbərlik edəcək.
“Dell”in bu addımı “Apple” və “Nokia” şirkətlərinin hakimlik etdiyi sahədə rəqabətin möhkəmləndirilməsi məqsədilə atılıb.
Xatırladaq ki, bir qədər bundan əvvəl “Dell” özünün ilk “Dell Mini 3i” smartfonunu təqdim edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: