Kaspersky laborotoriyasının əməkdaşları yaxın Şərqdə çətin və funksionallığına görə unikal bir virus aşkar ediblər.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin virus bank məlumatlarını və sosial şəbəkələrin parollarını oğurlayır, sonradan özü-özünü silir. Virusa Gauss adı verilib. Bu alman riyaziyyatçısı İohan Karl Fridrix Haussun adı ilə bağlıdır. Mütəxəssislər hesab edirlər ki, Gauss maliyyə cinayətlərinin törədilməsi üçün ideal vasitədir. O, bank kartlarının parollarını, internet-bankinq məlumatlarını oğurlaya bilir. Virusu blok etmək hələ ki, mümkün olmayıb. "Kaspersky" laborotoriyasının mütəxəssisi hesab edir ki, bu virus hansısa dövlət qurumunun dəstəyi ilə hazırlanıb. "Şübhəsiz ki, bu işlərin arxasında hansısa hökumət dayanır. Lakin bu işdə hansısa dövlətin əli olması barədə faktlarımız yoxdur. Buna görə də heç kimi ittiham edə bilmirik", - o əlavə edib. Bu virus fəaliyyət göstərdiyi bir il ərzində 2,5 min kompüteri yoluxdurub.