Connect şirkəti internet kanallarını genişləndirir
01 İyun 2010 Çərşənbə Axşamı 10:10
Azərbaycanın «Connect» İT şirkəti son 6 ay ərzində ADSL texnologiyası üzərindən genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayını 2 dəfədən çox artırıb.
Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ölkənin aparıcı internet-provayder şirkətlərindən biri olan «Connect»in abonentlərinin sayı kəskin artır və bunu nəzərə alaraq, son bir ildə artıq ikinci dəfə internet kanalarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə dair razılaşma əldə olunub. «Connect» şirkətinin baş direktoru Teymur Babayev yeni abunəçi axınını münasib tarif siyasəti və göstərilən xidmətlərin yüksək keyfiyyəti ilə izah edib.
Onun sözlərinə görə, buna həm də geniş coğrafi əhatə dairəsinin mövcudluğu şərait yaradır. Belə ki, «Connect»in ADSL xidmətləri hazırda Abşeron yarımadasında fəaliyyət göstərən telefon qovşaqlarının 73%-nin abunəçilərini internetə qoşulma xidməti ilə təmin etmək iqtidarındadır və bu göstərici hər ay artır. Abunəçilərin artımına eyni zamanda şirkətin tətbiq etdiyi rahat ödəmə sistemi də təsir edir. Belə ki, abunəçilər ödəməni müxtəlif üsullarla, o cümlədən, abunə mərkəzlərində, «Connect Express» məntəqələrində, veb-saytda (onlayn rejimində), şəhərin 600 nöqtəsində satılan ödəniş skretç kartları, bank filialları və bankomatlar vasitəsilə həyata keçirə bilər.
Şirkət yaxın gələcəkdə abonent bazasının daha da genişlənəcəyini gözləyir, bu səbəbdən hər abunəçinin keyfiyyətli xidmətlə təmin olunması istiqamətində önləyici tədbirlər həyata keçirilir.
Eyni zamanda, şirkət müştəri xidmətləri ofisləri şəbəkəsini genişləndirməkdə davam edir və Lökbatan və Şüvəlandan sonra Yasamalda da yeni müştəri xidmətləri ofisi fəaliyyətə başlayıb.
Xatırladaq ki, «Connect» şirkəti 2005-ci ildə internet provayder kimi fəaliyyətə başlayıb. Şirkət 2008-ci ildən rəqəmsal televiziya xidmətləri göstərir, bu günə kimi Bakı və Abşeron yarımadasını əhatə edib. «Connect» çoxmərtəbəli evlərlə yanaşı, xüsusi evlərdə də kabel televiziyası xidmətləri göstərir. APA
DOSTLARINLA PAYLAŞ: