Çinin BYD Auto şirkəti öz avtomobillərini ABŞ-da təqdim edib
13 Yanvar 2010 Çərşənbə 06:30
Bu avtomobil bir dəfə elektrik enerjisinin yüklənməsi ilə 300 kilometrə yaxın məsafəni qət edir
Çinin BYD Auto K şirkəti öz avtomobillərini ABŞ-ın Detroyt şəhərində keçirilən avtomobil şousunda təqdim edib. Şirkət ABŞ avtomobil alıcılarına Y 6 elektriklə işləyən avtomobili təqdim edib. Bu avtomobil bir dəfə elektrik enerjisinin yüklənməsi ilə 300 kilometrə yaxın məsafəni qət edir və onun elektrik enerjisi ilə yüklənməsi bir saat vaxt tələb edir. Şirkətin baş meneceri Fred Ni avtomobilin qiymətini açıqlamayıb. Lakin onun yanacaqla işləyən avtomobillərin qiymətinə uyğun olacağını bildirib. BYD şirkəti ötən il Çində 450 min avtomobil satıb və bu il şirkət öz satışını 800 minə qaldırmaq niyyətindədir. Lakin Y 6 avtomobilinin ABŞ-da uğur qazanacağı bir az şübhə doğurur. Çünki bu avtomobil amerikalıların zövqünə uyğun deyil və ölkə standartlarına cavab vermir. BYD şirkəti Y 6 avtomobillərinin satışını həmçinin Çində də etməyi planlaşdırır.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: