Çində internetə nəzarət edən dövlət qurumu yaradılıb
19 Aprel 2010 Bazar Ertəsi 06:40
Təkcə ötən il “Tvitter”, “Facebook” və “Youtube” saytlarındakı məlumatların yoxlanıla bilməməsi səbəbindən Çin bir müddət bu xidmətləri bağlamışdı.
Çində internetə nəzarəti həyata keçirəcək yeni orqan yaradılıb. Bu orqanın əsas vəzifəsi sosial şəbəkələrdə, forumlarda və bloqlarda yerləşdirilən məlumatın senzuradan keçirilməsi olacaq. Nyu-York Tayms qəzetinin yazdığına görə yeni qurum Çində artıq mövcud olan məlumata nəzarət üzrə dövlət şurası ilə birgə çalışacaq. Qəzet qeyd edib ki, Çinin bu addımı hazırda fəaliyyətdə olan büronun şəxsi bloqlarda və sosial şəbəkələrdə məlumata tam nəzarət edə bilməməsindən irəli gəlir. Təkcə ötən il “Tvitter”, “Facebook” və “Youtube” saytlarındakı məlumatların yoxlanıla bilməməsi səbəbindən Çin bir müddət bu xidmətləri bağlamışdı. Qərb bloqlarına və sosial şəbəkələrə alternativ olaraq Çin vətəndaşlarına yerli xidmətlərdən istifadə etmək təklif edilib. Lakin sayı 400 milyon nəfərə bərabər olan çinli istifadəçilər qərb sosial şəbəklərəinə üstünlük verirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: