Chrysler müflisləşdi
02 May 2009 Şənbə 10:55
Artıq şirkətin Kanadadakı iki zavodu bağlanıb, nəticədə 7 min nəfər işsiz qalıb

Tamamilə müflisləşmiş Chrysler maşınqayırma korporasiyasının prezidenti Tom Lasord istefa verib. Bu barədə "Gazeta.ru" məlumat verib.

Xatırladaq ki,  aprelin 30-da şirkət qanuna müvafiq qaydada müflisləşmə ilə bağlı ərizə ilə müraciət etmək istədiyini  bildirmişdi. Bu, kreditorların müdafiəsini təmin etməli, həmçinin İtaliyanın avtmobil istehsalçısı olan "Fiat"la alyans yaradılmasını təmin etməli idi.  Bu addım isə ABŞ prezidenti Barak Obama tərəfindən dəstəklənmişdi.

ABŞ prezidenti mayın birinədək Chrysler avtokonserninə yenidən qurulma ilə bağlı maliyyə və istehsalat planı hazırlamaq üçün vaxt vermişdi.

İlkin məlumata görə, şirkətin Kanadadakı zavodları 30-60 gün müddətində bağlana bilər. Bu vaxt ərzində, şirkət "Fiat"la əməkdaşlıq münasibətlərini formallaşdırmağı bitirə bilər.

Qeyd edək ki, artıq şirkətin Kanadadakı iki zavodu bağlanıb, nəticədə 7000 nəfər işsiz qalıb./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar