Chrysler də avtomobillərini geri çağırır
21 Oktyabr 2010 Cümə Axşamı 02:50
Chrysler şirkətinin istehsal etdiyi beş modeldə yanğın təhlükəsi aşkarlanıb.
“Chrysler” avtokonserni yanğın baş verməsi ehtimalı ilə əlaqədər 26 mindən artıq avtomobili geri çağırır. Buna sükanın hidrogücləndiricisindən mayenin mühərrikin qızmış səthinə düşməsi səbəb olub. Bu, sistemin germetikliyindəki qüsurla bağlıdır. Qüsur yanğına səbəb ola bilər. Nasazlıq avtomobil istehsalçısının qəsmi diler mərkəzlərində aradan qaldırılacaq.

Geri çağırılan modellər arasında “Chrysler 300”, “Sebring”, eləcə də “Dodge Avenger”, “Challenger” və “Journey” var. Şirkət rəhbərliyi insidentlə bağlı heç bir şərh vermir.

Qeyd edək ki, “Chrysler” şirkəti bu ilin yayında da avtomobilləri kütləvi şəkildə geri qaz pedalındakı qüsur səbəb olmuşdu. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar