Catel abunəçiləri SMS göndərə biləcək
09 Dekabr 2009 Çərşənbə 14:40
Catel abunəçiləri SMS göndərə biləcək. Hər bir abunəçi gün ərzində 10 ödənişsiz SMS göndərə bilər.
Azərbaycanın ilk CDMA operatoru olan “Catel” şirkəti öz xidmət çeşidini artıqmaqda davam edir.
Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, artıq bütün “Catel” və “Fonex” abunəçiləri şirkətin korporativ saytından SMS göndərə bilərlər.
Bunun üçün www.catel.az saytına daxil olub “SMS göndər” bölməsinə keçmək lazımdır. Qeydə alındıqdan sonra istifadəçi SMS vasitəsilə öz şifrəsini alır. Hər bir abunəçi gün ərzində 10 ödənişsiz SMS göndərə bilər. Bir SMS 140 simvoldan ibarət ola bilər.
Qeyd etmək lazımdır ki, WEB SMS xidmətindən həm stasionar CDMA rabitəsi, həm də CDMA mobil rabitəsi abunəçiləri istifadə edə bilərlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: