Bu ilin ilk yarısında Azərbaycanda mobil rabitə 30% ucuzlaşıb
13 İyul 2011 Çərşənbə 11:54
Bu ilin ilk 6 ayında Azərbaycanda mobil telefon xidmətləri 30%, rouminq xidmətləri isə istiqamətlər üzrə 20-50% ucuzlaşıb.
 “APA-Economics”in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, indi ölkədə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa səviyyəsindədir.

Nazir bildirib ki, hazırda Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür ki, bu da uyğun ümumdünya orta göstəricisindən təxminən 30% yüksəkdir və inkişaf etmiş ölkələr səviyyəsindədir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar