Bu il avtomobil satışında azalma olacaq
09 Yanvar 2010 Şənbə 11:35
Bu il avtomobil satışında azalma olacaq. Çin avtobazarında isə artım proqnozlaşdırılır.
Bu il avtomobil istehsalçıları üçün son dərəcə çətin olacağı proqnozlaşdırılır. “Reuters” agentliyinin yaydığı məlumata görə, bu qərara Almaniyanın “Volkswagen” avtomobil konserninin mütəxəssisləri gəlib.
Onların fikrincə, dünya avtomobil bazarında avtomobillərin satışında azalma müşahidə olacaq. Amma Avropa avtomobil bazarında satışın həcminin ciddi azacağı gözlənildiyi halda, Çin avtobazarında artım proqnozlaşdırılır. Məhz bu səbəbdən dünya avtomobil bazarında 2010-cu ildə müşahidə olunacaq vəziyyət ötən ildəkindən heç nə ilə fərqlənməyəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: