Bu gecə feyzbuka diqqət
05 Yanvar 2010 Çərşənbə Axşamı 02:30
Hipnoz mütəxəssisi bu gecə Facebook və Twitter vasitəsilə 6 mindən çox insanı hipnoz edərək rekord qırmağı planlaşdırır
Məhşur ingilis hipnoz mütəxəssisi Kris Haqes bu gecə Facebook və Twitter vasitəsilə 6 mindən çox insanı hipnoz edərək rekord qırmağı planlaşdırır. Haqes bu seansın təsirində qalan 6 mindən çox insanın oturduğu yerdən ayağa qalxa bilməyəcəyini, trans halından çıxana qədər gözlərinin bir nöqtəyə zillənmiş vəziyyətdə qalacağını deyib. Bu fikri onda bir dostunun oyandırdığını deyən Haqes daha əvvəl heç kimin belə bir şey etmədiyini, böyük bir onlayn hipnoz seansı yaradaraq rekord qırmaq istədiyini bildirib. Seansda iştirak etmək üçün isə internetə bağlı kompüter, qulaqlıq və ya səsgücləndirici və rahat stul lazımdır. Kris Haqes seansda iştirak etmək istəyənlərin səssiz yerdə olmasını da xüsusi vurğulayıb.

Hipnoz mütəxəssisi bildirib ki, bu kütləvi layihə insanların yeni ilə yaxşı əhval-ruhiyyədə başlaması və 2010-cu ildə hədəflərinə nail olması üçün hazırlanıb. O bildirib ki, hipnoz sayəsində insanların həyatında bir çox dəyişiklik ola bilər.

Məlumat üçün: http://bit.ly/socialtran ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar