Brilliant iPhone satışa çıxardı
01 Dekabr 2012 Şənbə 13:34
Smartfonun qiyməti təqribən 35 min dolardır
Brillantlarla bəzədilmiş "iPhone 5" smartfonu satışa çıxarılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ingilis dizayner Stuart Xüz tərəfindən hazırlanmış yeni smartfonun xüsusi versiyasında 18 karatlıq qızıl və təqribən 60 brilliantdan istifadə olunub.
Dizayner bildirib ki, smartfonun qiyməti təxminən 35 min dollardır. Telefonun xüsusi versiyası 100 nüsxədən ibarətdir.
Qeyd edək ki, dünyada ən bahalı telefonu hesab olunan unikal "iPhone 4S Elite Gold" smartfonunu da həmin dizayner hazırlamışdı. Bu smartfonun sahibi avstraliyalı iş adamıdır. Smartfonun qiyməti 96 milyon dollardır. Qurğunun hazırlanmasında 500-ə yaxın brilliantdan istifadə olunub.
DOSTLARINLA PAYLAŞ: