BMW X5 yeniləndi
08 Fevral 2010 Bazar Ertəsi 18:30
Yenilənən BMW X5 modeli apreldə Nyu-York avtosalonunda təqdim ediləcək
Almaniyanın tanınmış BMW avtomobil konserni özünün ən cəlbedici “X5” modelini yeniləyəcək. Xarici görünüşdən elə də dəyişikliyə uğramayacaq modelin əsas yenilikləri onun "kapot"unun altında gizlənəcək.

2011-ci ilin model sırasına aid olan model çoxlu sayda detallara sahib, banı rəngində olan fərqli bamperə və yeni ön, arxa faralara sahibdir. Yenilənən BMW X5 “xDrive50” 407 at gücündə malik “BMW TwinPower” V8 mühərriki ilə təmin edilib. Yenilənən avtomobil 100 km/saat sürətini 5,5 saniyəyə yığır. 100 km üçün 12,5 litr yanacaq sərf edir.

“BMW X5” “xDrive35i” isə 6 silindrli, 306 at gücündə olan “BMW TwinPower Turbo” güc aqreqatına sahibdir. Onun saatda maksimal sürəti 235 km olacaq. Yanacaq sərfiyyatı isə - 10,1 litrdir.

“BMW X5” “xDrive40d” saatda 236 km məsafə qət edir, 100 km sürəti 6,6 saniyəyə yığır. Yanacağ sərfi - 7,5 litrdir. Yenilənən “X5” apreldə Nyu-York avtosalonunda təqdim ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar