Kanadanın Research in Motion şirkəti BlackBerry 10 əməliyyat sisteminin final versiyasının təqdimatına dəvətləri paylamağa başlayıb.
"BB10"-un təqdimatı zamanı onun əsasında işləyən 2 yeni smartfon da
təqdim ediləcək.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına
istinadən bildirir ki, "RIM" şirkəti tədbir haqqında sonra daha ətraflı
məlumat verəcəyinə söz verib. "BlackBerry platforması üzərində aparılan
işlər planlı şəkildə həyata keçirilir. Bizim satış kanallarımız,
həmçinin öz işlərini tənzimləyir və ən yaxşı qurğu və texnologiyalarımız
isə artıq mobil operatorlar tərəfindən yoxlanılır" - şirkətin direktoru
Torsten Heyns bildirib.