Beynəlxalq avtosalon istifadəyə verilib
06 Yanvar 2010 Çərşənbə 19:55
Beynəlxalq avtosalon istifadəyə verilib. Hindistan məşhur brendləri bir araya yığıb.
Bu gün Hindistanın paytaxtı Nyu-Dehlidə beynəlxalq avtosalon istifadəyə verilib.
"Auto Expo” adlı salonda dünyanın aparıcı avtomobil istehsalçılarının ən perspektivli azlitrajlı maşınları təqdim olunub. Salona təşrif buyuranlar "Toyota", "Honda", "General Motors" kimi şirkətlərin müxtəlif markalarını görə biləcəklər.
“Auto Expo”nun təşkilatçıları bildiriblər ki, qlobal maliyyə böhranına baxmayaraq, Hindistanın avtomobil sahəsi davamlı artım nümayiş etdirə bilib. İlkin hesablamalara görə, 2009-cu ildə ölkədə satışı göstəricisi 30 faiz qeydə alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: