Banqladeşdə Facebook qadağan edildi
31 May 2010 Bazar Ertəsi 00:20
Banqladeşdə Facebook qadağan edildi. Buna səbəb saytda müsəlmanları təhqir edən karikaturaların nümayiş olunmasıdır.
Banqladeşdə ictimai şəbəkə saytı olan “Facebook” istifadəsinə məhdudiyyət qoyulub. ANS PRESS “CNN Türk”ə istiinadən xəbər verir ki, buna səbəb saytda müsəlmanları təhqir edən karikaturaların nümayiş olunmasıdır. Banqladeş Telekommunikasiya Nizamlama Komissiyası (BTRC) rəsmilərindən biri verdiyi açıqlamada, əksəriyyəti müsəlman olan xalqın dini inancları təhqir olunduğu üçün ötən gündən etibarən sayta girişə məhdudiyyət qoyulduğunu bildirib.
Xatırladaq ki, Pakistanda da ötən həftə da eyni səbəblə “Facebook” və “You Tube” saytlarının istifadəsinə məhdudiyyət qoyulmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: