Bankomatların sayı artır
11 Aprel 2010 Bazar 19:20
Hazırda Bakıda 971 bankomat var.
Azərbaycanda bankomat və POS-terminalların sayı artıb. Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, 2010-cu il martın 1-nə ölkədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 154 ədəd çox, yəni 1714 bankomat fəaliyyət göstərir. Bakıda 971, regionlarda isə 743 bankomat var.
Bu dövrdə POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 441 ədəd arataraq 8678-ə çatıb. 7890 POS-terminal Bakıda yerləşir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: