Bakutel 2011 sərgisində 29 ölkədən 250 şirkət iştirak edəcək
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Bakutel 2011 sərgisində 29 ölkədən 250 şirkət iştirak edəcək. Bu barədə Britaniyanın “ITE Grour plc” şirkətinin icraçı direktoru Edvard Stroon bildirib.
23-26 noyabr tarixlərində Bakıda keçiriləcək “BakuTel” telekommunikasiya sərgisində dünyanın 29 ölkəsindən 250 şirkət iştirak edəcək. Bu barədə Britaniyanın “ITE Grour plc” şirkətinin icraçı direktoru Edvard Stroon mətbuat konfransında bildirib.

“Bu il sərgi iki dəfədən artıq genişlənib. Belə ki, sərginin bütün iştirakçılarının 40%-ni yerli şirkətlər təşkil edir. İlk dəfə olaraq “BakuTel”də Avstriya, Belarus, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya və Estoniya və digər ölkələrdən 18 milli ekspozisiya təqdim ediləcək”, - deyə E.Stroon qeyd edib.

Aparıcı İT şirkətlər, mobil operatorlar, distribyuterlər, rabitə operatorları, xidmət şirkətləri sərginin iştirakçıları sırasındadırlar.

Noyabrın 24-də sərgi çərçivəsində Azərbaycan bazarında innovasiyaların tətbiqi, regionda genişzolaqlı şəbəkələrin inkişafı, “Elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi, infrastruktur və hüquqi baza, internet və sosial şəbəkələrin inkişafı, regional tendensiyalar və İKT sektorunun perspektivləri kimi mövzuların müzakirə ediləcəyi konfrans keçiriləcək.

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, “BakuTel-2011” işgüzar münasibətlərin qurulması və Azərbaycanda İKT sahəsinin inkişafı üçün həyata keçirilən işlərlə tanış olmaq üçün körpü rolunu oynayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar