Bakıya 5-ci seriya BMW gətirilib
18 Mart 2010 Cümə Axşamı 16:20
Bakıya 5-ci seriya BMW gətirilib. Avtomaşınların qiyməti 50000-dən 80000 min manata qədərdir.
"İmprotex Motors" şirkəti BMW AG-nin Azərbaycanda rəsmi idxalçısı qismində öz salon-mağazasında Bavariya konserninin növbəti yeniliyinin - altıncı nəsil 5-ci seriya BMW-nin rəsmi təqdimatını keçirib.
Şirkətin baş meneceri Həsən İsmayılovun sözlərinə görə, bu avtomobillər orta sinif avtomobillərinin yuxarı seqmentində zərif dizaynı ilə seçilir. Xarici eleqant və idman görünüşü, yüksək səmərəliliyi, komfort təminatının innovasiya funksiyalarının sayəsində altıncı nəsil 5-ci seriya BMW yüksək keyfiyyət standartlarına cavab verir.
Onun fikrincə, Azərbaycanda davam edən böhran şəraitində ayda yeni avtomobildən 5-6 ədəd satmaq mümkün olacaq. Avtomaşınların qiyməti 50000-dən 80000 min manata qədərdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: