Bakıda telefon şəbəkəsinin elektronlaşdırılması başa çatıb
20 May 2011 Cümə 11:06
Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin ümumi telefon şəbəkəsinin tam elektronlaşdırılması başa çatıb. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.

Bütün telefon stansiyaları tətbiq edilməsi prioritet vəzifələrdən olan növbəti nəsil (NGN - Next Generation Network) şəbəkələrinin bazasına əsaslanır. Yeni sistem operatora rabitə xidmətlərinin ənənəvi növləri ilə yanaşı, IP-telefoniya, genişzolaqlı internet və IP-TV xidmətlərini də göstərməyə imkan verir.

İndiyədək operatorun şəbəkəsində fəaliyyət göstərən ATS-lərin 60 faizi növbəti nəsil şəbəkələrinin bazasına əsaslanırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar