Bakıda genişzolaqlı internetə çıxış imkanları artırılır
07 İyul 2013 Bazar 17:36
Tariflərin aşağı salınması və NGN texnologiyasının genişləndirilməsi nəticəsində ADSL abunəçilərinin sayı 300 minə çatıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanlarının artırılması məqsədilə tədbirlər həyata keçirir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tariflərin aşağı salınması və NGN texnologiyasının genişləndirilməsi nəticəsində ADSL abunəçilərinin sayı 300 minə çatıb. Bundan əlavə, ayrı-ayrı biznes qurumları, nazirliklər, komitələr, səhiyyə və təhsil sektorları üzrə yüz minlərlə insan optik kabellə internetə qoşulur.
ADSL xidməti abunəçilərin sürətli internet ilə yanaşı, İPTV, videotelefoniya, İAD və digər rabitə xidmətlərindən istifadəsinə də şərait yaradır.
DOSTLARINLA PAYLAŞ: