Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq 3D ölçülü təsviri təqdim edib
29 İyul 2011 Cümə 17:54
Azərbaycanın ilk mobil rabitə operatoru «Bakcell» şirkəti Azərbaycanda ilk dəfə olaraq 3D ölçülü təsviri paytaxt sakinlərinə təqdim edib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bütün dünyada tətbiq olunan bu cür yenilikçi üslublar qabaqcıl şirkətlər tərəfindən öz brend və marketinq strategiyalarının təbliği üçün istifadə edilir.

Paraşütçünün göydən bütün Azərbaycana baxışını əks etdirən təsvirdə «Bakcell»in demək olar ki, bütün ölkə ərazisini əhatə edən baza stansiyaları vasitəsilə yüksək keyfiyyətli mobil rabitə təmin etdiyini görmək olar. Bu gün fəaliyyətdə olan 2 400-dən çox baza stansiya və 17 000-dən artıq ötürücü stansiyaların sayəsində «Bakcell» şəbəkəsi əhalinin 98%-i, ölkə ərazisinin isə işğal altında olan 20% ərazi istisna olmaqla 90%-dən çox hissəsini əhatə edir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar