Aztelekom.net və Bakinternet provayderləri internet tariflərini endirirlər
30 Sentyabr 2011 Cümə 14:40
Dövlət provayderlərinin tarifləri kanalın sürətindən asılı olaraq faiz nisbəti ilə 25-50 faiz arasında aşağı salınıb.
Azərbaycanın dövlət internet provayderləri - Aztelekom.net və Bakinternet oktyabr ayının 1-dən genişzolaqlı internet xidmətlərinin qiymətlərinin aşağı salınması barədə elan ediblər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu dəfə dövlət provayderlərinin tarifləri kanalın sürətindən asılı olaraq faiz nisbəti ilə 25-50 faiz arasında aşağı salınıb (orta hesabla 40 faiz).

Provayderlərin xidmətlərinə əvvəllər qoşulmuş abonentlərin kanal sürəti artırılacaq. Məsələn, əvvəllər 1 Mbit/s kanal sürəti üçün 20 manat ödəyən abonent, oktyabrın 1-dən etibarən internetə 2 Mbit/s sürəti ilə daxil olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar