Azerspace hazırlıq mərhələsindədir
11 Aprel 2010 Bazar 18:30
Yaxın vaxtlarda Azerspace layihəsi ilə bağlı ilk rəsmiləşmə olacaq.
Milli peykimizi gözləyənlərə şad xəbər var. Belə ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı ilk rəsmiləşmə olacaq. Peykimiz orbitdəki öz yerini isə 2012-ci ilin iyununda tutacaq.

Məlumat üçün bildirək ki, “Azerspace”in qiyməti 160 milyon manatdan çoxdur. Peykin inşası təxminən 87 milyon manata başa gələcək. 40 milyon manat onun orbitə buraxılmasına sərf olunacaq. Peykin idarəedilməsi mərkəzinə 16 milyon manat sərf ediləcək. Qalan 18 milyon manat isə onun 100 faizlik sığortasına xərclənəcək.

Peykin baha başa gəlməsinə baxmayaraq, süni peyk layihəsi iqtisadi baxımdan sərfəli layihə kimi qiymətləndirilir. Belə ki, bura çəkilən xərci 5-7 ilə çıxarmaq mümkündür. Bunun üçün peykin xidmətlərini beynəlxalq bazarlara çıxarmaq lazımdır. Milli peyk layihəsi baş tutduqdan sonra digər ölkələrin telekanalları Azərbaycanın peykindən istifadə etməklə yayımlanacaq ki, bu da ölkəyə xeyli vəsaitin daxil olması deməkdir.

Peykin buraxılması ilə Azərbaycan dünyada kosmik işlər aparan ölkə kimi tanınacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar