Azerspace 2 peykine beş yüz min dollar ayrıldı
31 Avqust 2013 Şənbə 01:54
Azerspace 2 peyki üçün USTDA Azerkosmos ASC-ye yarım milyon dollardan artıq qrant ayıracaq.
AB-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) “Azərspace-2” telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanmasına dair qrant müqaviləsi bağlanıb. ANS PRESS “Azərkosmos” ASC-ə istinadən xəbər verir ki, müqaviləni Azərbaycan hökuməti adından Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov, qarşı tərəfdən isə USTDA-nın direktoru Leokadiya Zak imzalayıb.
Müqaviləyə əsasən, USTDA “Azərspace-2” telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanması məqsədilə “Azərkosmos” ASC-yə yarım milyon ABŞ dollarından artıq məbləğdə qrant təqdim edəcək.
Texniki-iqtisadi əsaslandırmanın qrant hesabına hazırlanması üçün “Azərkosmos” ASC-nin USTDA ilə əlaqəli surətdə keçirəcəyi müsabiqənin nəticəsində ABŞ-da məsləhətçi şirkət müəyyən ediləcək. Sözügedən tədqiqat “Azərspace-2” telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektlərini əhatə edəcək.
Müqavilədə məsləhətçi şirkət tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının 2014-cü ilin 30 iyun tarixinədək başa çatdırılacağı göstərilib.
DOSTLARINLA PAYLAŞ: