Azerspace 1 peyki bu gün orbitdə öz yerini tutacaq
15 Fevral 2013 Cümə 07:13
Hazırda Azerspace 1 peykinin erkən orbit əməliyyatları planına uyğun olaraq müvəffəqiyyətlə hərəkətinə davam edir.
Azərbaycanın fevralın 8-də Fransa Qvianasının Kuru kosmodromundan kosmosa buraxdığı “Azərspace-1”, ilk milli süni telekommunikasiya peyki, bu gün orbitdə öz yerini tutacaq. Bu barədə “Azərkosmos” ASC-nin yaydığı məlumatda deyilir. Telekommunikasiya peyki, təyin olunan geostasionar orbitinə çıxarıldıqdan dərhal sonra, peykin sistemləri yoxlanılıb və işlək vəziyyəti təsdiq olunub. Hazırda peyk erkən orbit əməliyyatları planına uyğun olaraq müvəffəqiyyətlə hərəkətinə davam edir. Martın sonlarına doğru “Azerspace-1” peyki tam olaraq “Azerkosmos”a təhvil veriləcək. Bundan sonra idarəetmə “Azərkosmos”un mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: