“Azeronline” şirkəti ADSL xidmətlərinin tariflərini endirir
02 Dekabr 2009 Çərşənbə 11:45
“Azeronline” şirkəti yaxın günlərdə ADSL xidmətlərinin tariflərini 30%-dən artıq endirəcək.
«APA-ECONOMICS»in məlumatına görə, hazırda şirkət 512/512 kbit/s sürətlə internetə çıxış xidmətlərini 20 manata təqdim edirsə, tarif dəyişiklikləri nəticəsində eyni məbləği ödəməklə istifadəçilər 768/768 kbit/s sürətlə internetdən istifadə etmək imkanını əldə edəcəklər.

Müvafiq olaraq şirkətin müştəriləri 30 manat ödəyərək hazırkı 1024/1024 kbit/s sürət əvəzinə 1536/1024 kbit/s sürətlə internetdən istifadə imkanı, 60 manat isə 2048/1024 kbit/s əvəzinə 2560/1024 kbit/s sürətlə internetə çıxış əldə edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar