“Azerfon-Vodafone” şirkəti ilk mağazasını açdı
17 Dekabr 2009 Cümə Axşamı 15:50
Gələcəkdə “Azerfon-Vodafone” mağazaları şəhərin müxtəlif rayonlarında açılacaq
Bu gün Azadlıq prospekti 18 ünvanında “Azerfon-Vodafone” şirkətinin ilk mağazası açılıb.
Mağazanı açan “Azerfone” şirkətinin baş direktoru Qvido Helbix deyib ki, şirkətinin Azərbaycanda 3G-nin pioneri olmasına çox sevinir.
Onun sözlərinə görə, dünən 60 mindən çox abonent 3G xidmətindən istifadə edib", deyə Helbix vurğulayıb. O, əmindir ki, “Azerfon” şirkəti istehlakçılara yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim edəcək: “Gələcəkdə “Azerfon-Vodafone” mağazaları şəhərin müxtəlif rayonlarında açılacaq”.
“Azerfon-Vodafone” mağazasında “Vodafone” şirkətinin məhsulları təqdim edilir. Bunlar, “Azerfon – Vodafone” mobil şəbəkəsi vasitəsi ilə yüksək sürətli internet əlaqə təmin edən, SMS göndərişinə və poçt qutusundan istifadəyə imkan verən USB-modem; buster (Booster - şəbəkələrin siqnalının gücləndiricisi) - UMTS/3G Booster; Hotspot (Hotspot naqilsiz Wi-Fi şəbəkəsi ilə örtülü sahədir) – “Vodafone” MiFi 2352; netbuk -Dell Inspiron Mini 10; Google-dan Android əsaslı smartfon - HTC Magic və s.-dir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar