“Azerfon-Vodafone”nin artıq 5 min abunəçisi var
23 Yanvar 2010 Şənbə 13:00
“Azerfon-Vodafone”nin 3G şəbəkəsi Bakı, Abşeron yarımadası və Sumqayıtdan əlavə, 7 rayonda istifadə olunacaq
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC-nin 3G şəbəkəsi Bakı, Abşeron yarımadası və Sumqayıtdan əlavə, Azərbaycanın yeddi rayonunda istifadə olunacaq, Bunu “Azərfon” şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.
Onun sözlərinə görə, bu gün 3G şəbəkəsi Gəncə, Şirvan, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkir rayonlarında işə salınıb. Şəbəkənin respublikanın bütün regionları üzrə genişləndirilməsi şirkətin gələcək planlarına daxildir.
Belə ki, dekabr ayının sonuna olan vəziyyətə görə, “Azerfon-Vodafone” şəbəkəsi abunəçilərinin sayı 5 min nəfərdən artıqdır.
“Azərfon” şirkətinin 3G şəbəkəsində məlumatları ötürmə sürəti 3,5 Mbit/s-ə çatıb ki, bu da multimedianın operativ yüklənməsini, İnternetə yüksəksürətli girişi təmin edir. 3G şəbəkəsinin istifadəçiləri bu standartı dəstəkləyən mobil telefonların köməyi ilə böyük həcmdə videogörüntü və məlumatları ötürə və qəbul edə bilərlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: