
“Azercell Telekom” MMC abonentləri üçün ardıcıl və bir-birindən maraqlı kampaniyalar keçirir. Artıq 1 may tarixindən etibarən Azercell fakturasız xətt abonentləri üçün növbəti kampaniyaya start verilir.
“3 dəqiqə=30 kontur!” adlanan kampaniyaya qoşulan bütün abonentlər şəbəkə daxili zənglərdə ilk 3 dəqiqəyə görə yalnız 30 kontur ödəyəcəklər. 3 dəqiqədən sonrakı danışıq müddətində isə hesablama abonentin tarif paketinə uyğun olaraq aparılır.
Ən yaxşısı da odur ki, kampaniya müddətində abonentlər ürəkləri istəyən qədər bu kampaniyaya qoşula, ya da ondan çıxa bilərlər. Bunun üçün sadəcə 7575 qısa nömrəsinə SMS göndərmək lazımdır. Kampaniyaya qoşulmaq üçün “3deqiqe” mətnini, kampaniyadan çıxmaq üçünsə “0” işarəsini 7575 nömrəsinə qısa mesaj şəklində göndərmək lazımdır. Bu mesajlar üçün abonent tarif paketinə uyğun olan standart SMS qiymətini ödəyir.
“3 dəqiqə=30 kontur!” kampaniyasına qısa nömrələrə və rouminqdə olarkən edilən zənglər şamil olunmur. Həmçinin, Dost-Tanış nömrələrinə edilən zənglər də əvvəlki tarif paketinə, yəni Dost-Tanış kampaniyasının tariflərinə uyğun olaraq hesablanır. Bu istisnalar olmaqla, fakturasız xətt abonentləri üçün “3 dəqiqə=30 kontur!” kampaniyası yerdə qalan bütün kampaniyalardan üstün tutulur.
“Azercell Telekom” MMC demək olar ki, hər ay öz abonentlərini müxtəlif kampaniyalarla sevindirir. Azərbaycanın aparıcı mobil operatorunu seçən abonentlər son vaxtlar “Əzizlərim”, “Super fürsət”, “İl boyu hədiyyə” və digər kampaniyalar çərçivəsində xeyli güzəştli tariflərlə danışmaq imkanı qazanıblar./ANS PRESS/