Azercell endirimli GPRS zonası yaradıb
03 Avqust 2010 Çərşənbə Axşamı 16:05
Azercell endirimli GPRS zonası yaradıb. Naxçıvandakı abonentlər avtomatik olaraq güzəştli tarifə qoşulur.
“Azercell Telekom” MMC Naxçıvan Muxtar Respublikasının ərazisində xüsusi GPRS endirim zonası yaradıb. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, bu ərazidəki “Azercell” Fakturasız Xətt abonentləri yüklənilən hər 10 Kb. üçün cəmi 1 kontur ödəyəcək. Fakturalı Xətt abonentləri üçün isə hər 1 Mb-a 0,3 AZN (ƏDV xaric) tarifi işə düşür.
Xüsusi qeyd etmək istəyirik ki, hər bir “Azercell” abonenti avtomatik olaraq bu endirim zonasına daxil edilir. Bu güzəştlərdən yararlanmaq üçün xüsusi SMS göndərməyə ehtiyac yoxdur.
Həmçinin, abonent güzəştli GPRS paketlərindən yararlanan zaman aldığı MB sayından çox istifadə etdiyi halda, hər əlavə MB 50 faiz güzəştlə verilir.
Data GPRS/ EDGE 10 - 2 AZN (ƏDV xaric) - 650 kontur - 10 MB - 10 MB-dan artıq olduqda hər 1 MB üçün: 0.10 AZN (ƏDV xaric) / SimSim - 103 kontur
Data GPRS/ EDGE 30 - 3 AZN (ƏDV xaric) - 1000 kontur - 30 MB - 30 MB-dan artıq olduqda hər 1 MB üçün: 0.05 AZN (ƏDV xaric) / SimSim - 103 kontur
Data GPRS/ EDGE- 100 - 7 AZN (ƏDV xaric) - 2300 kontur 100 MB - 100 MB-dan artıq olduqda hər 1 MB üçün: 0.035 AZN (ƏDV xaric) / SimSim - 103 kontur
Data GPRS/ EDGE 500 - 20 AZN (ƏDV xaric) - 6500 kontur - 500 MB - 500 MB-dan artıq olduqda hər 1 MB üçün: 0.02 AZN (ƏDV xaric) / SimSim - 103 kontur
Data GPRS/ EDGE 1000 - 35 AZN (ƏDV xaric) - 11500 kontur - 1000 MB - 1000 MB-dan artıq olduqda hər 1 MB üçün: 0.015 AZN (ƏDV xaric) / SimSim - 103 kontur
Data GPRS/ EDGE 5000 - 50 AZN (ƏDV xaric) - 16250 kontur - 5000 MB - 5000 MB-dan artıq olduqda hər 1 MB üçün: 0.005 AZN (ƏDV xaric) / SimSim – 103 kontur ANSPRESS
DOSTLARINLA PAYLAŞ: