Azercell dən Paycell xidməti ilə bağlı növbəti yenilik
28 Sentyabr 2011 Çərşənbə 18:32
Kimə və nə qədər pay göndərildiyini bilmək mümkün olacaq.
“Azercell Telekom” MMC “Paycell” xidməti ilə bağlı yenilik tətbiq edir. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, bundan sonra gün ərzində hansı nömrəyə neçə dəfə və nə qədər hədiyyə vəsaitin göndərildiyini öyrənmək mümkün olacaq.
27 sentyabr 2011-ci il tarixindən etibarən istənilən “Azercell” abonenti “Paycell” haqqında məlumat ala biləcək. Bunun üçün Fakturalı və Fakturasız Xətt abonentləri “Paycell”dən istifadə tarixini 9201 qısa nömrəsinə göndərməlidirlər. Bu zaman abonenti maraqlandıran tarix aşağıdakı formatlardan birində göndərilə bilər:
01.01.2011
01/01/2011
01-01-2011
01012011
Qeyd edək ki, “Azercell” abonentləri yalnız son 90 gün ərzində göndərilən “Paycell”ər haqqında məlumat ala bilərlər. Xidmətdən istifadə haqqı 0.02 AZN (ƏDV daxil) təşkil edir.
Xatırladaq ki, “Paycell” xidməti abonentlərə öz balansından istənilən “Azercell” Fakturasız Xətt nömrəsinə vəsait köçürməyə imkan verir. Bu zaman 20 qəpik, 50 qəpik və 1 AZN məbləğ köçürmək mümkündür. Bunun üçün məbləğ köçürüləcək abonentinin nömrəsini SMS vasitəsilə 9204 (20 qəpik üçün), 9200 (50 qəpik üçün) və ya 9202 (1 AZN üçün) nömrəsinə göndərmək lazımdır.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: