Azərbaycanlı alim zəlzələ barədə xəbər verən üsul kəşf edib
25 Mart 2011 Cümə 21:11
Kərim Kərimov: "Bu üsulla zəlzələnin harada olacağını da müəyyən etmək mümkün olacaq"
Azərbaycanlı alim, Geofizika İnstitutunun professoru Kərim Kərimov zəlzələni 4-5 saat əvvəl müəyyən edən üsul kəşf edib. Onun kəşfi nəinki, zəlzələni, hətta onun olacağı məkanı da qabaqcadan deməyə imkan verir.
Ilk dəfə olaraq onu biz aşkar eləmişik. Elektromaqnit sahəsində gedən dəyişikliyin əsasında deyə bilərik ki, zəlzələ olacaq. Ortalama 4-5 saat, bəzən də sutka yarım qabaq. Eyni zamanda bu üsulla zəlzələnin harada olacağını da müəyyən etmək mümkün olacaq. Bununla da insanların təbii fəlakətə hazır olması barədə xəbərdarlıq verməklə itikilərin çox olmasının qarşısını almaq mümkündür”, - deyə Kərim Kərimov vurbulayıb. Onun fikrincə, 3 bucaq şəklində 3 ədəd elektromaqnit sahəsini yazan stansiyalar qurulmalıdır. Bu stansiyalar həm zəlzələnin olacaği barədə məlumat verir, həm də, onun istiqamətini müəyyən edir. “İstiqamətin kəsişdiyi nöqtədə deməli zəlzələ baş verəcək”, - deyə alim əlavə edib.
DOSTLARINLA PAYLAŞ: