Azərbaycanla Ukrayna birgə vertolyot istehsal etməyi planlaşdırır
30 Oktyabr 2010 Şənbə 10:50
Azərbaycan Ukraynada birgə vertolyot istehsalına sərmayə qoymağa hazırdır.
APA-nın Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, bu fikirləri Ukraynanın baş naziri Nikolay Azarov “İnter” kanalında Azərbaycan prezidenti İlham Əliyevlə oktyabrın 28-də keçirdiyi görüş barədə danışarkən deyib: “Mən Azərbaycan prezidenti İlham Əliyevə birgə vertolyot istehsal etməyi təklif etdim, o belə dedi: “Bu çox yaxşı ideyadır, biz bu işə vəsait qoymağa hazırıq, sizdə mühərrik var, sizdə mütəxəssislər var, bizə isə vertolyotlar lazımdır».
Nikolay Azarov bildirib ki, hər iki ölkənin baş nazirlərinin birinci müavinlərinə bu məsələni işləmək və konkret qərarlar qəbul etmək tapşırılıb.
Qeyd edək ki, Ukrayna Sənaye Siyasəti Nazirliyi dəyəri 300 milyon dollar olan müəssisənin yaradılması proqramı üzərində işləyir. Bu proqram çərçivəsində 3 il ərzində 100 vertolyot istehsal etmək nəzərdə tutulur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar