Azərbaycanda hər 39 kompüter istifadəçisindən biri hücuma məruz qalır
01 Sentyabr 2010 Çərşənbə 03:50
Antivirus şirkətinin açıqladığı riskli ölkələr siyahısında Azərbaycan 5-ci yerdədir.
Antivirus şirkəti “AVG”-nin hazırladığı hesabata görə, dünyanın ən riskli ölkəsi Türkiyədir. Bu hesabat, 144 ölkədə “AVG” anti-virus proqramından istifadə edən 127 milyondan çox kompüterdən gələn məlumatlar əsasında hazırlanıb. Virtual virus riskinə görə digər ölkələr isə ardıcıl olaraq Rusiya, Ermənistan, Azərbaycan və Banqladeşdir.
Hesabatdakı təhlükləsiz ölkələr siyahısında Sierra Leone ilk sırada göstərilib. Digər 4 ölkə isə, Nigeriya, Yaponiya, Toqo və Nambiyadır. Yaponiyanın xaricində olan 4 Afrika ölkəsinin siyahının ilk sırasında qərarlaşmasının səbəbi isə bu ölkələrdə kompüter sayının məhdud olması ilə izah olunur.
Qeyd edək ki, Türkiyədə hər 10 istifadəçidən, Yaponiyada isə 403 istifadəçidən biri virtual hücuma məruz qalır. Bu rəqəmin Tayvanda 248, Argentinada 241, Fransada 224, ABŞ-da 48 Avropa ölkələrində orta hesabla 78 olduğu qeyd edilib.
Azərbaycanda isə hər 39 istifadəçidən biri virtual hücuma məruz qalır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: