Azərbaycan və BƏƏ birgə hərbi maşın istehsal edəcək
25 Fevral 2011 Cümə 13:16
İki ölkə arasında müvafiq niyyət protokolu imzalanıb
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən İDEX-2011 sərgisi çərçivəsində bir sıra mühüm görüşlər keçirib. Görüşlər çərçivəsində BƏƏ-nin “Əl Asbar Auto İndustries” şirkəti ilə niyyət protokolu imzalanıb.
Protokola əsasən “Əl Asbar” şirkətinin istehsal etdiyi xüsusi təyinatlı avtomobillərdən biri Azərbaycana gətirilərək yerli şəraitdə uyğun testlərdən keçiriləcək. Testlər müsbət nəticə verərsə, həmin avtomobillərin üzəri silahlandırılmış versiyasının Bakıda müştərək istehsalı planlaşdırılıb.
DOSTLARINLA PAYLAŞ: