Azərbaycan rabitəsi 7 rəqəmli nömrələnmə sisteminə keçir
18 İyul 2011 Bazar Ertəsi 01:53
Artıq regionlarda da paytaxtda olduğu kimi 7 xanalı telefon nömrələrindən istifadə ediləcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi yeni zona kodlarının tətbiqinə paralel olaraq beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə yeddirəqəmli nömrələmə sistemini tətbiq edir. Birliyin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyevin verdiyi məlumata görə, nömrələrin yığılması sistemi nömrələrin yeni standartların və yeni zona kodlarının tətbiqini nəzərdə tutur.
Bununla əlaqədar "Aztelekom" abonentlərə "012 122" “qaynar xətt”inə zəng etməklə əlavə məlumat əldə etmək imkanı verib. "Qaynar xətt" oktyabrın 1-dək fəaliyyət göstərəcək.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: