Azərbaycan qonşu ölkələr üçün hərbi gəmilər inşa edəcək?
22 Noyabr 2009 Bazar 18:10
Şahin Mustafayev: "Xəzəryanı ölkələrdən sifarişlər olarsa, onlar yerinə yetiriləcək"
Bakıda müasir standartlara cavab verən gəmiqayırma zavodunun tikintisinə bu ilin sonunadək başlanması nəzərdə tutulub. Bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, zavodda həmçinin Azərbaycanın Sərhəd Qoşunları və Müdafiə Nazirliyi üçün ixtisaslaşdırılmış gəmilər inşa edilə bilər.

"Xəzəryanı ölkələrdən sifarişlər olarsa, onlar da yerinə yetiriləcək", - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar