Azərbaycan prezidentinin rəsmi "YouTube" videokanalı istifadəyə verilib
28 Sentyabr 2010 Çərşənbə Axşamı 15:05
Kanalda İlham Əliyevin nitq və görüşlərinin video görüntülərinə baxmaq mümkündür.
Azərbaycan prezidenti İlham Əliyevin “YouTube” videomaterial hostinq xidmətində rəsmi videokanalı fəaliyyətə başlayıb. MDB məkanında yalnız Rusiya və Azərbaycan prezidentlərinin rəsmi YouTube kanalı var.

Kanalda Azərbaycan prezidentinin nitqlərinin, görüşlərinin, qəbullarının, tədbirlərdə iştirakının, mətbuat konfranslarının, müsahibələrinin video görüntülərinə baxmaq mümkündür.

Bu kanala Azərbaycan prezidentinin rəsmi internet səhifəsindən (president.az) və ya birbaşa aşağıdakı linkdən daxil olmaq mümkündür: www.youtube.com/presidentaz ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar