Azərbaycan hərbi gəmi istehsal edəcək
20 Noyabr 2009 Cümə 19:05
Azərbaycan yaxın illərdə hərbi gəmilərin istehsalına başlayacaq.
Ş. Mustafayevin sözlərinə görə, Qaradağ rayonunda gələn il inşasına başlanacaq gəmiqayırma zavodunda mülki təyinatlı gəmilərlə yanaşı, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin sifarişləri əsasında müxtəlif tonnajlı hərbi gəmilərin də istehsalı həyata keçiriləcək. Xəzər regionunda yeganə gəmiqayırma zavodu olacaq bu müəssisə həmçinin xarici sifarişləri də yerinə yetirəcək.

Gəmi zavodu layihəsinin tərəfdaşı olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev isə bildirib ki, burada tikiləcək gəmilərdə ən müasir naviqasiya sistemləri və avadanlıqlar tətbiq olunacaq. Gəmi tikintisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən avadanlıqlardan istifadə də planlaşdırılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar