.az zonasında neçə domen var?
10 Oktyabr 2012 Çərşənbə 22:09
Milli domen zonasında qeydiyyatdan keçən domenlərin sayı artıb.
Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir. ANS PRESS-in “Whois.az" saytına istinadən xəbər verir ki, ".az" domen zonasında artıq 15505 domen adı qeydiyyatdan keçib.
İlin əvvəlindən ləğv olunan domenlərin sayı 1898, qeydiyyata düşən domenlərin sayı isə 4216-ya bərabərdir.
Domenlərin böyük əksəriyyəti ".az" (14393) domeninin payına düşür. Həmçinin 645 ədəd ".com.az" domeni qeydiyyatdan keçib.
Sonrakı yerlər aşağıdakı kimidir:
.pro.az 4
.name.az 6
.biz.az 14
.info.az 23
.co.az 37
.pp.az 42
.int.az 44
.net.az 56
.org.az 85
.edu.az 152
".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib. Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustın 25-də ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
DOSTLARINLA PAYLAŞ: