ASELSAN Azərbaycan ordusuna məxsus zirehli transportyorları modernləşdirəcək
26 İyun 2010 Şənbə 12:05
Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan BTR markalı zirehli transportyorlar Türkiyə ASELSAN şirkətinin iştirakı ilə modernləşdiriləcək.
Şirkətdən bildirilib ki, ASELSAN Azərbaycan tərəfi ilə əldə olunmuş razılığa əsasən BTR-lərin atış-kontrol sistemlərini yeniləşdirəcək. Layihə çərçivəsində bu zirehli transportyorların üzərinə həmçinin termal nişangahların qurulması nəzərdə tutulur.
Modernizasiya layihəsi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə müştərək həyata keçiriləcək. APA
DOSTLARINLA PAYLAŞ: