Applein yaradıcısı "2010-ci ilin adamı" seçildi
25 Dekabr 2010 Şənbə 17:20
Financial Times Stiv Cobsu mükafatlandırıb
Financial Times qəzeti "2010-ci ilin adamı”nı seçib. Qəzet bu mükafata Apple şirkəti, iPad planşet kompüteri, 4 smartfon iPhone və MacAir noutbuklarının yaradıcısı Stiv Cobs layiq görüb.
Financial Times bu mükafatın məhz Stiv Cobsa verilməsinin səbəbini bazar üçün tamailə yeni məhsul olan "iPad" planşet kompüterinin təqdim edilməsində olub.
Xatırladaq ki, “Apple” öz planşet kompüterini bu ilin aprel ayının 3-də ABŞ-da satışa çıxarıb, planşetin dünya üzrə satışı isə may ayından başlayıb. Belə ki, “iPad” planşet kompüteri Avstraliya, Kanada, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, İsveçrə və Böyük Britaniyada satışa çıxarılıb. İyul ayında isə qurğu daha doqquz ölkənin mağazalarında təklif olunub.
Qeyd edək ki, ilk bir milyon “iPad” satışa çıxarılan tarixdən 28 gün ərzində satılıb. Bununla yanaşı, tələbatı ödəyə bilmədiyi üçün “Apple” şirkəti planşetin yeni versiyalarının satışını bir neçə dəfə təxirə salıb.
DOSTLARINLA PAYLAŞ: