Apple iPhone4-ə görə yenə məhkəməlik oldu
31 Yanvar 2011 Bazar Ertəsi 01:15
Qızının iPhone4 cihazı sınan ata zərərinin qarşılanmasını tələb edir.
“Apple” firması “iPhone4” istehlakçısı tərəfindən məhkəməyə verilib. Donald Lebun adlı şəxs qızına aid “iPhone4” cihazı sadəcə 1 metrlik məsafədən yerə düşərək sındığı üçün istehsalçı firma barədə şikayətçi olub. Eyni hündürlükdən düşən “iPhone 3GS” cihazına heç nə olmadığını deyən Donald Lebun “iPhone4” dizaynında səhvə yol verildiyini, istehsalçı firmanın bunu qəbul edərək istehlakçıların zərərini qarşılamasını tələb edir.

Qeyd edək ki, “Apple” firması “iPhone4” cihazının şüşəsinin helikopterlərdə stifadə olunan vasitələrdən hazırlandığını bildirmişdi. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar