Apple iPanel brendi ile televizor istehsal edecek
24 Oktyabr 2013 Cümə Axşamı 12:47
Apple iPanel in seriyasına 65 və 55 daimetrli Ultra HD televizor daxildir.
"Apple" şirkəti 2014-cü ildə özünün ilk televizorunu istehsal edəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu proqnozla analitik Masahiko İşino çıxış edib.
Onun sözlərinə görə, bura iki televizor modeli - 65 və 55 daimetrli Ultra HD televizor daxildir. Ultra HD televizorlarının gələn ilin IV rübündə çıxacağı gözlənilir.
İşinonun sözlərinə görə, LG displey tərəfindən hazırlanıb. Tezliklə ağıllı monitorun da hazırlanacağı gözlənilir. Apple şirkəti bununla bağlı açıqlama verməkdən imtina edib. Yeni məhsulun "Apple iPanel" adlanacağı ehtimal edilir.
DOSTLARINLA PAYLAŞ: