Amerikada avtomobillər kreş-testdən keçir
14 Noyabr 2010 Bazar 16:35
Bu il ancaq "BMW 5 Series" və "Hyundai Sonata" 5 mümkün xalı qazanıb.
ABŞ Yol Hərəkətinin Təhlükəsizliyi Milli Administrasiyası (NHTSA) 10 model avtomobilin kreş-testinin nəticələrini açıqlayıb. Bu testlər yeni NCAP protokolu üzrə keçirilib və protokol ABŞ-da 2011-ci ildə istehsal ediləcək avtomobillərin modelləri üçün qüvvəyə minəcək.
Qurumun mətbuat xidmətinin məlumatına görə, bu cür sərtləşdirilmiş şərtləri hər bir avtomobil keçə bilməyib. Yanacaq və hibrid mühərriki ilə təchiz olunmuş iki “Toyota Camry” modeli mümkün olan 5 ulduzdan üçünü ala bilib. Həmçinin “Buick Lucerne” avtomobili də üç ulduz alıb.

Bundan başqa, bu kreş-testdən daha 5 model – “Lambada” platformasında yığılmış “General Motors”, “Buick Enclave”, “Chevrolet Traverse” və “GMC Acadia”, həmçinin yenilənmiş “Honda Accord” modelləri birtəhər keçə bilib.

NHTSA-da qeyd ediblər ki, bu il ötən ildə üstün qiymət alan şirkətlər özünü doğrulda bilməyiblər. Bu il ancaq iki namizəd – “BMW 5 Series” və “Hyundai Sonata” 5 mümkün ulduzu qazanıblar.

Qeyd edək ki, ilin sonuna qədər daha 55 müxtəlif model avtomobillər kreş-testlərdən keçəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar