Alimlər litri 25 qəpiyə süni benzin yaradıb
31 Yanvar 2011 Bazar Ertəsi 06:40
Yanacaq çəni bu benzinlə dolu olan avtomobil 500-650 km gedə biləcək.
İngilis alimlər süni benzin əldə ediblər. Məlumata görə, 3-5 ilə qədər satışa çıxarılması nəzərdə tutulan yanacağın tərkibində karbon olmadığı üçün atmosferə istixana qazı ilə zərər də vermir.
Araşdırmanın rəhbəri Stefen Volker süni benzinin kiçik hava qabarcıqlarının içinə yerləştirilmiş axması və pompa ilə yanacaq çəninə vurulması mümkün olan mayedən ibarət oduğunu bildirib: “Hazırladığımız mikro qabarcıqlar sayəsində normal benzin ilə işləyən avtomobillərin yanacaq çənlərində heç bir dəyişiklik etmədən yeni yanacaqla işləməsini təmin edəcəyik”.
Heyətin digər üzvü professor Stefen Beninqton hidrogenin neftdən 3 qat artıq enerji hasil etdiyini, mexaniki enerjiyə çevrildiyi zaman isə zəhərli qaza yox, suya döndüyünü deyib.
Qeyd edək ki, litri təxminən 0.25 manat olması gözlənilən bu yanacaqla avtomobillərin 1 çənlə 500 – 650 km gedəcəyi iddia olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: