Airbus təyyarə istehsalından imtina edir
06 Yanvar 2010 Çərşənbə 20:10
Airbus təyyarə istehsalından imtina edir. Şirkət kasıblayıb.
Avropanın təyyarə istehaslı ilə məşğul olan məşhur “Airbus” şirkəti maliyyə cəhətdən çətinliyə düşüb. Bu səbəbdən şirkət A-400M hərbi-təyyarələrinin istehsalına dair layihəni reallaşdırmaqdan imtina etməli olub.

Qeyd edək ki, hərbi-təyyarələrin istehsalına 5,3 mlrd. avro vəsait tələb olunur. Bununla yanaşı şirkət rəhbərliyi layihəni təklif edənlərə bu ayın sonuna kimi vaxt qoyub. Belə ki, "Airbus" sifarişçilərdən belə model təyyarələrə sahib olmalarına dair istəklərini dəqiqləşdirməyi xahiş edib.

Xatırladaq ki, A-400 ilk sınaq uçuşunu ötən ilin dekabr ayında Sevilyada keçirib. Belə tipli təyyarlərin sifarişçiləri arasında Türkiyə, Belçika, Böyük Britaniya, Fransa, Almaniya, Lüksemburq və İspaniya yer alıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar